“Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib”.
Bu barədə “Yeni Sabah” a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik zəlzələdən ziyan çəkən məktəblərə baxış keçirir. Sezar pizza
“Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Telegram kanalımız