50 min erməni Zəngəzurdan qaçdı - Sərhəd bölgələri sürətlə boşalır

saytların hazırlanması

Evə çatdırılma

50 min erməni Zəngəzurdan qaçdı - Sərhəd bölgələri sürətlə boşalır

Siyasət

13 Sentyabr 2024 11:36 493


“2020-ci il müharibəsindən sonra Tavuş, Sünik (Zəngəzur) və Qeqarkuniki (Göyçə mahalının Çəmbərək kəndi) 50 min insan tərk edib”. 

Bu barədə Qarabağdan İrəvana qaçan separatçıların keçmiş qondarma “rəsmisi” olmuş Hayk Xanumyan deyib. 

O bildirib ki, bu, Ermənistan üçün ciddi problemdir: “İnsanlar Qarabağda baş verənlərdən qorxuya düşərək, sərhəd bölgələrini tərk edirlər. Hakimiyyət isə heç bir iş görmür. Bu o deməkdir ki, Ermənistanın təhlükəsizliyi risk altındadır”.

Separatçı qeyd edib ki, Qarabağda baş verənlər (separatizmin ləğv edilməsi-red) bir gün Ermənistanın başına gələ bilər.//Publika.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!