59 yaşı tamam olan Məleykə Əsədova   - “Sevirəm...”

saytların hazırlanması

Evə çatdırılma

59 yaşı tamam olan Məleykə Əsədova - “Sevirəm...”

Şou

23 Aprel 2025 10:34 673


Xalq artisti Məleykə Əsədovanın 59 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, aktrisa ürək sözlərini izləyiciləri ilə bölüşüb:

"Yeni yaşım mübarək olsun. Xoş gəldin! Allahıma sonsuz şükürlər olsun, bu yaşımı görməyi mənə qismət etdi. Çox şükür ki, sağlam ruhla, bədənimlə bu yaşıma çatdım. Hər yaşımı sevirəm. Özümü, həyatı çox sevirəm. Əqidəmlə, insani keyfiyyətlərimlə yaşamağı sevirəm. Doğulduğum ayı da, günü də çox sevirəm. İçimdəki uşaq ruhlu, təmiz Məleykənin qəlbini sevirəm. Doğmalarımı hədsiz sevirəm. Sadiqliyimi, yaşadığım torpağımı sevirəm. Səhnəni, obrazlarımı, məni alqışlayan tamaşaçılarımı sevirəm. Allahımı, insanlığı sevirəm". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!