Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?
09 Dek 2021 08:43
1027

62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?

Erməni hüquq müdafiəçisi Vaan Oqanesyan öz Facebook səhifəsində Azərbaycan xüsusi təyinatlılarına könüllü təslim olan erməni hərbçilərin etiraflarını dərc edib.

“Bu etirafı yaydığımdan sonra bir çox insan mənə zəng edib və yazıb, bunun həqiqiliyinə şübhələrini bildirib. Bu şübhələri aradan qaldırmaq üçün mən Azərbaycandan qayıdan ondan çox hərbçinin ifadəsini gətirirəm”, - Oqanesyan yazır.

“62 nəfər idik, onlar bizim istiqamətimizə gəlməyə davam edirdilər. Mövqedə 15-20 dəqiqə oturduqdan sonra nə baş verdiyini anlamaq üçün əsgərlərə yaxınlaşmaq qərarına gəldik. Onlardan biri rus dilində səlis danışaraq narahat olmamağımızı xahiş etdi, biz də təslim olduq. Yaxınlaşdım və gördüm ki, onlar 4-5 nəfərdir. Ocağın yanında daha 3-4 azərbaycanlı dayanmışdı”, - deyə Azərbaycandan əsirlikdən qayıdan S.G. danışıb.

“Biz bütün qərargahla mövqeni tərk etdik. Növbə ilə silahlarımızı azərbaycanlılara verdik, bundan sonra bizdən xahiş etdilər ki, onlarla gedək. Orada 7 azərbaycanlı və onların bir komandiri var idi”, - deyə, erməni hüquq müdafiəçisi hərbi əsir R.K.-dan sitat gətirib.

“Axşam saat 8 radələrində biz göstərilən mövqelərə getdik və “Yaşma” xüsusi təyinatlılarının bir dəstəsini gördük. Onlar 6-7 nəfər idi, biz də silahlarımızı təhvil vermək qərarına gəldik", - S.P. danışıb.

“Tanımadığımız bir əraziyə çatdıqdan sonra 6-8 nəfərə yaxın Azərbaycan xüsusi təyinatlıları qarşımıza çıxdı, özlərini təqdim etdi, silah-sursat və geyim formalarımızı təhvil verməyi təklif etdilər”, - N.D. dedi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər