7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?

saytların hazırlanması

Evə çatdırılma

7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?

Hadisə

27 İyul 2026 09:03 420


Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən V Milli Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlanıb.

“Yeni Sabah” pravda.az-a istinadla xəbər verir ki, festval Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilib.

İcraçı şirkət “Vata” MMC-yə təşkilatçılığa görə 215.255 manat ödənib. 1.198 manat vergi borcu olan MMC-nin rəhbəri Faiq Məmmədovdur. pizza

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, xəsarət alanlar olub.

TƏBİB-in yaydığı məlumata görə, 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncədə, Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncədə davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!