“70 yaşım var, iş olsa, işləyəcəm...” – Prezidentin vəzifədən azad etdiyi icra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“70 yaşım var, iş olsa, işləyəcəm...” – Prezidentin vəzifədən azad etdiyi icra başçısı

Siyasət

30 Sentyabr 2019 16:20 1520


Yaxın saatlarda Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Digər sərəncamla, bundan sonra eks icra başçısının səlahiyyətlərini Vahid Tağıyev yerinə yetirəcək. Maraqlıdır, işdən çıxarılma xəbərini sabiq icra başçısı necə qarşıladı? 

"Yeni Sabah" xəbər verir ki, "Redaktor.az"a açıqlama verən sabiq başçı xəbərə çox müsbət yanaşdığını deyib:

“Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!