74 yaşlı Yaqub Eyyubov istefa haqda nə düşünür?

saytların hazırlanması

Evə çatdırılma

74 yaşlı Yaqub Eyyubov istefa haqda nə düşünür?

Siyasət

23 Oktyabr 2019 06:48 2391


Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını deyib.

Prezidentin bu bəyanatından sonra sosial şəbəkələrdə yaşlı məmurların adları açıqlanır. Həmin şəxslərdən biri də Baş Nazirin birinci müavini Yaqub Eyyubovdur.

Bəs görəsən, 74 yaşlı Yaqub Eyyubov Prezidentin bu çağırışına qoşulmaq istəyirmi? pizza

“Yeni Sabah” xəbər verir ki, Y.Eyyubov Gununsesi.org-un əməkdaşının bu haqda sualına cavabında deyib: “Məndən bu barədə heç nə soruşmayın. İşdən azad olunan şəxslərlə bağlı da hər hansı bir şərhim yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!