Türkiyənin qərbində 6,2 gücündə zəlzələ Mərmərə dənizində 12 km dərinlikdə baş verib.
Yenisabah.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Frank Hugerbits yazıb.
Ekspert xəbərdarlıq edib: "Bölgədə 7,0 - 7,6 bal gücündə zəlzələlər ola bilər. Bugünkü zəlzələ güclüdür və afterşoklar olması mümkündür".
O əlavə edib: "Afterşok təkanlar mümkündür və bu, həm də daha böyük hadisənin xəbərçisi ola bilər. Hər ehtimala qarşı xüsusilə diqqətli olun".
Xatırladaq ki, aprelin 23-də İstanbulda 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Telegram kanalımız