8 ayda 65 mindən çox şəxs işlə təmin olunub 

saytların hazırlanması

Evə çatdırılma

8 ayda 65 mindən çox şəxs işlə təmin olunub 

Sosial

09 Sentyabr 2022 12:12 1324


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 65 500 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 

Qurumdan Yenisabah.az-a verilən məlumata görə, onlardan 21 minədək şəxs münasib işlərlə təmin edilib. 9700 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Agentlik tərəfindən son 8 ayda həmçinin 2800 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb. Pepperoni pizza

Qeyd olunan dövrdə 32 mindən çox şəxsə peşəyönümü xidmətlər göstərilib. 

Həcər ƏMİRASLANLI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!