90 minə yaxın BYD avtomobili geri çağırılır - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

90 minə yaxın BYD avtomobili geri çağırılır - SƏBƏB

Avto

30 Noyabr 2025 22:23 3546


Çinli avtomobil nəhəngi BYD 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızınadək istehsal olunmuş 89 min ədəd "Qin Plus DM" hibrid avtomobilini daxili bazarda geri çağırmaq qərarı verib. 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, geri çağırmaya səbəb bəzi avtomobillərdə batareya modullarının səhv yığılması ehtimalıdır. Bu nasazlıq nəticəsində avtomobilin çıxış gücü azala və ekstremal rejimlərdə tam elektriklə hərəkət funksiyası gözlənilmədən dayana bilər. Bu isə təhlükəsizlik baxımından risk yaradan hal kimi qiymətləndirilir.

Məlumata görə, dilerlər geri çağırılan avtomobillərin sahibləri ilə əlaqə saxlayaraq proqram təminatının yenilənməsinin zəruri olduğunu bildirəcəklər. Bütün texniki xidmət və yeniləmə işləri ödənişsiz həyata keçiriləcək. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!