95 nəfərin xarici diplomu tanınmadı  

saytların hazırlanması

Evə çatdırılma

95 nəfərin xarici diplomu tanınmadı  

Sosial

04 Fevral 2022 15:50 724


Ötən ay xaricdə təhsil almış 95 nəfərin diplomu tanınmayıb.

Bu barədə Yenisabah.az -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Yanvar ayı üzrə 431 müraciətçinin 336-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. pizza

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 115, Rusiya Federasiyasından 115, Ukraynadan 109, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 63 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 69, iqtisadiyyat üzrə 30, tibb üzrə 29, biznesin idarə edilməsi üzrə 20, stomatologiya üzrə 17 nəfər müraciətçi qeydə alınıb. 

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!