Abbas Bağırov getdiyi toylardan müğənniləri uzaqlaşdırır?

saytların hazırlanması

Evə çatdırılma

Abbas Bağırov getdiyi toylardan müğənniləri uzaqlaşdırır?

Şou

21 Aprel 2025 17:31 483


Əməkdar artist Abbas Bağırov getdiyi toylarda ev sahibinə qadağa qoyur.

Yenisabah.az xəbər verir ki, bu haqda müğənni "İncə səhər"də sualları cavablandırıb. O bildirib ki, bütöv idarə etdiyi məclisdə çox müğənninin olmasını xoşlamır: 

"Əgər bir məclisdə Abbas Bağırovun "Qaytağı" ansamblı ilə çıxışı nəzərdə tutulursa, ora 6-7 müğənninin gəlməsinə etiraz etmirəm. Amma mən orada nə edəcəyəm? Hər müğənninin yarım saatlıq çıxışını hesablasaq, toy bitdi. Qonağa desən, Abbas Bağırov necə çıxış etdi? Cavab verəcək, pis. Çünki çıxışımı görməyəcəklər. Əgər desələr məclisimizdə 6-7 müğənni olacaq, etiraz etmirəm. Deyirəm ki, məndən tam çıxış gözləməyin. İstəyirlər 20 müğənni gətirsinlər, amma məni dəvət etməsinlər". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!