Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Abdullah Gül səfirlərin qovulması qərarından danışdı
25 Okt 2021 11:05
861

Abdullah Gül səfirlərin qovulması qərarından danışdı

Türkiyənin 11-ci prezidenti Abdullah Gül 10 ölkə səfirinin ölkədən qovulması ilə bağlı məsələyə münasibət bildirib.

Yenisabah.az “Sözcü” qəzetinə istinadla xəbər verir ki, onun fikrincə, Rəcəb Tayyib Ərdoğanın qərarı Türkiyənin xeyrinə olmayacaq.

Türkiyənin Avropa Şurasının qurucu ölkələrindən biri olduğunu söyləyən Gül 10 il Avropa Şurası Parlament Assambleyasında millət vəkili kimi fəaliyyət göstərdiyini xatırladıb:

 “O zaman cənab Prezident həbsdə idi və biz sosialistlərin dəstəyi ilə onun üçün hazırladığımız mətnə 90 imza topladıq və məsələni Avropanın gündəminə gətirdik. İndi cərəyan edən hadisələr bu həddə gəlməməli idi. Bu, Türkiyə üçün böyük bir yükdür”.

Abdullah Gül səfirlərin Osman Kavalaya dair açıqlama verməsini paytaxtlarından aldıqları göstərişə əməl etmə hesab edib:

“Edilənlər qəbuledilməzdir, amma Xarici İşlər Nazirliyi artıq lazımi mesajları verib. Bizdə bir məsəl var: "Elçiyə zaval  yoxdur". Bu məsələni daha böyük böhrana çevirmək, ölkəmizin marağında deyil. Bu digər böhranlara və problemlərə yol aça bilər. Bu işi Xarici İşlər Nazirliyinin öhdəsinə buraxmaq, yeni problemlər ortaya çıxarmamaq və son olaraq da çıxış yolu olmayan məqamlara çatdırmamaq lazımdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər