ABŞ-da Atatürkün büstü erməni hücumlarından qorunub

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da Atatürkün büstü erməni hücumlarından qorunub

Dünya

05 Oktyabr 2020 12:14 1151


ABŞ-ın paytaxtı Vaşinqtonda erməni qeyri-hökumət təşkilatlarının keçirdiyi aksiyada bir qrup ABŞ vətəndaşı Atatürkün büstünü hücumlardan qoruyub.

Yenisabah.az xəbər verir ki,  Ermənistanın Azərbaycan mövqelərini və mülki yaşayış məntəqələrinə hücumundan sonra yaranan gərginliyin əks-təsiri dünyada davam edir. Ermənilər artıq Amerikada da aksiya keçirməyə başlayıb. Baş verən proseslər zamanı bir qrup afroamerikalı Atatürkün büstü qarşısında qollarını birləşdirərək onun təhlükəsizliyini təmin edib. Görüntülər birdən-birə sosial şəbəkələrdə gündəmə çevrilib.

Qeyd edək ki,  ABŞ-da ilk Atatürk heykəlini Ceffri Hall hazırlayıb. O, 2013-cü ildə ildə Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısına qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!