ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi

Dünya

15 Avqust 2026 22:25 90


ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətlərin tətbiqindən azadolma müddətinin uzadılması ilə bağlı Konqresə bildiriş göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin rəsmi sənədlərində yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib. pizza hut

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunub və ABŞ-nin Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər nəzərdə tutur. Sonrakı dövrdə ABŞ administrasiyalarına müəyyən şərtlər daxilində bu məhdudiyyətlərin tətbiqindən müvəqqəti imtina etmək səlahiyyəti verilib.

ABŞ Konqresinin sənədlərində həmçinin Azərbaycana yardım məsələsində 907-ci düzəliş üzrə azadolma mexanizmi ilə bağlı qanunvericilik təşəbbüslərinin də mövcud olduğu qeyd edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!