“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında istənilən problemin aradan qaldırılmasında birbaşa dialoqu yüksək qiymətləndirir”.
Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“ABŞ dövlət katibi ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiq olduğunu vurğuladı və biz iki lideri onlar üçün ən faydalı olan istənilən formatda görüşməyə çağırdıq. Sezar pizza
Bizim nöqteyi-nəzərimiz belədir: problemlərin aradan qaldırılmasında və davamlı sülhün əldə olunmasında birbaşa dialoq əsasdır. Cənubi Qafqazın üç ölkəsinin suverenliyini və müstəqilliyini ABŞ-dan daha çox dəstəkləyən heç kim yoxdur”, - deyə Patel deyib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar eyni şəkildə 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın müstəqilliyinin bərpasına öz dəstəyini ifadə edib:
“Bu, həmin ölkələrin hər birinə öz xarici siyasət maraqlarını və suverenliyini təşviq etmək hüququnu təmin edən bir hadisə olub”.
Telegram kanalımız