Həbsxana nəzarətçilərin dəfələrlə uşaq mahnısı “Baby Shark”ı dinləməyə məcbur edərək işgəncə verdikləri məhbus dünyasını dəyişib.
Yenisabah.az “New York Post”a istinadla xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında 48 yaşlı məhkum Con Basko kamerasında ölü tapılıb.
Baskonu həyata qaytarmaq səyləri nəticəsiz qalıb. pizza hut
O bu il həbsxanada ölən 14-cü məhbusdur. Ehtimallardan birinə görə, məhbus həddindən artıq dozada narkotik qəbul edib. Lakin özü nəzarətçilərin onu divara qandallayıb dəfələrlə "Baby Shark" mahnısına qulaq asmağa məcbur etməkdə günahlandırırdı.
Məhbusları təmsil edən vəkillər vəziyyəti işgəncə kimi qiymətləndiriblər. Buna görə həbsxana nəzarətçisi leytenant Henderşot təqaüdə göndərilib, iki zabit işdən çıxarılıb. Hər 3 şəxs hazırda cinayətdə və məhbusa qarşı sui-qəsddə ittiham olunur.
Qeyd edək ki, 2016-cı ildə işıq üzü görən "Baby Shark" mahnısı uşaqlar arasında çox populyardır və YouTube-da milyonlarla baxış sayı var.
Telegram kanalımız