“ABŞ-ın məqsədi Rusiyanı geosiyasi rəqib kimi sıradan çıxarmaqdır”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-ın məqsədi Rusiyanı geosiyasi rəqib kimi sıradan çıxarmaqdır”

Dünya

03 Avqust 2022 14:18 1015


“Qərblə əməkdaşlıq erası arxada qaldı, illüziyalardan qurtulmağın, Avropa və ABŞ-la münasibətlərdə fevralın 24-dən əvvəlki vəziyyətə qayıtmağın mümkün olmayacağını başa düşməyin vaxtı çatıb”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin bildirib.

“Xüsusi hərbi əməliyyatın müddətindən və nəticəsindən asılı olmayaraq, Qərblə problemsiz olmasa da, ümumilikdə konstruktiv olan 30 illik dövrün dönməz şəkildə başa çatdığını artıq qeyd etmək olar”, - diplomat Rusiyanın xarici siyasəti haqqında düşüncələr” məqaləsində bildirib. pizza hut

Onun fikrincə, Rusiya Federasiyasına, nəhayət, illüziyalardan qurtulmaq və “dost udma” paradiqması çərçivəsindən çıxmaq imkanı yaradılıb.

“Fevralın 24-nə qədər Şimali Amerika və Avropa ölkələri ilə bağlı əvvəlki vəziyyətə qayıdılmayacağı aydındır”, - Drobinin bildirib.

“Rusiya ABŞ-ın başçılıq etdiyi qeyri-dost dövlətlərin aqressiv alyansı ilə münaqişənin kəskin mərhələsinə daxil olub. Düşmənin məqsədi ölkəmizi strateji cəhətdən məğlub etmək, onu geosiyasi rəqib kimi sıradan çıxarmaqdır”, - o vurğulayıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!