ABŞ-ın Ermənistana 120 milyon dollar qrant ayırması məsələsi Rusiyanın diqqətindən yayınmayıb və bu, ciddi narahatlıq və narazılıq doğurub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edir:
“Müvafiq saziş ötən həftə Ermənistan Nazirlər Kabinetinin iclasında təsdiq edilib. Baş nazirn aparat rəhbəri Arayik Arutyunyanın sözlərinə görə, qrant “demokratiyanın təşviqi” və “iqtisadi sabitliyin möhkəmləndirilməsinə yönəlmiş islahatların həyata keçirilməsi” məqsədilə verilir.
Bu vəsaitin hansı məqsədlə və necə “xərclənəcəyinə” dair dərin əsaslandırma və ya təhlil yoxdur. Rusiya tərəfinin reaksiyası gec olmayacaq.
Rus mediası artıq təkcə bu məsələni deyil, həm də ABŞ-ın Ermənistandakı səfirliyinin mükafat fondu 400 min dollar olan, ermənilərlə azərbaycanlıları barışdıra bilənlərə verilə biləcək “Track II” müsabiqəsi elan etməsi barədə məlumatları da müzakirə edir”.
Telegram kanalımız