ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi

Dünya

27 Oktyabr 2021 11:00 798


Senat ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülən 4 səfiri təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, onların arasında Arizona ştatının keçmiş senatoru Ceff Fleyk də var.

O, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təsdiq edilib. Dördpendirli pizza

Respublikaçı Fleyk 2013-2019-cu illərdə ABŞ Konqresinin yuxarı palatasında, 2001-2013-cü illərdə isə aşağı palatada Arizona ştatını təmsil edib.

Qanunverici ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü idi.

Ceff Fleyk ölkənin əvvəlki lideri Donald Trampı dəfələrlə tənqid edib. Keçən il prezident seçkilərindən əvvəl Fleyk demokrat Baydeni dəstəkləyib.

Senatda keçirilən əvvəlki dinləmələrdə yeni səfir "S-400"-lərin alışı ləğv edilmədikcə CAATSA-nın Türkiyəyə qarşı tətbiq edilməli olduğunu söyləyib. O qeyd edib ki, Ankaranın demokratiyadan geri çəkilməsindən və ifadə azadlığı, birləşmək və dinc toplaşmaq azadlığı baxımından mənfi trayektoriyadan narahatdır.

Həmçinin, Fleyk Konqresdə "erməni soyqırımı"nın tanınmasına səs vermədiyi halda, Senatın müzakirələrində "soyqırımı" iddialarına rəğbətini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!