ABŞ-ın yeni səfiri bu həftə Bakıya gəlir

ABŞ-ın yeni səfiri bu həftə Bakıya gəlir

Siyasət Veb saytların hazırlanması

29 Noyabr 2023 14:05 469


ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək.

Yenisabah.az Turan-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Səfər ikitərəfli münasibətlərdə son zamanlar yaranmış gərginliyə təsadüf edir. Peşəkar diplomat olan Libbi təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib.

Ötən ilin yayından, Li Litzenberqer postunu tərk edəndən Vaşinqtonun Azərbaycanda səfiri olmayıb.

M, Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan başqa, o, ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi məsləhətçi vəzifəsini tutub. Vaşinqtonda o, Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisinin direktor müavini; Cənubi Avropa İşləri İdarəsinin direktoru və Dövlət Departamentinin Katibliyinin direktoru vəzifəsini tutub.

Diplomat polyak və fransız dillərini bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!