ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi   ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

Dünya

25 Sentyabr 2026 21:00 232


ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edən Cənub Komandanlığının məsuliyyət zonasına altı növ bölmənin göndərilməsi imkanına baxılır. Dominos pizza

"Söhbət maddi-texniki təminat batalyonu, mühəndis batalyonu, arxa təminat komandanlığı, tibbi briqada, reanimasiya-cərrahiyyə dəstəsi və hərbi polis briqadasından gedir. Bildirişdən məlum olur ki, bu bölmələrə 90-120 gün ərzində ehtiyac yarana bilər. Bildirişdə birbaşa Kubanın adı çəkilməsə də, bu sorğu Kuba ilə bağlı davam edən hərbi planlaşdırmaya aiddir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, avqust ayında Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Kuba ilə bağlı hərbi əməliyyatlar da daxil olmaqla gələcək addımlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!