“ABŞ münasibətlərin normallaşmasına qarşıdır“ - Səfir

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ münasibətlərin normallaşmasına qarşıdır“ - Səfir

Dünya

20 Yanvar 2023 14:04 668


"Türkiyə hökumət rəsmilərinin nəzərinə çatdırıram, Amerika Dəməşqlə əlaqəyə və onunla münasibətləri normallaşdırmağa qarşıdır".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri CEff Fleyk deyib.

"Blinken Çavuşoğlu və Türkiyəyə taxıl dəhlizi ilə bağlı razılaşmaya görə təşəkkür edib. Eləcə də tərəflər arasında "F-16" qırıcısının satışı, Rusiya-Ukrayna müharibəsi, NATO ilə bağlı müzakirələr aparılıb və fikir mübadiləsi aparılıb", - deyə səfir Mövlud  Çavuşoğlunun ABŞ səfərini şərh edib. pizza mizza

C. Fleyk əlavə edib: "Təyyarə satışının İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı heç bir əlaqəsi yoxdur. Konqres müstəqil qanunverici orqandır. Bu qurum silah satışını təsdiq etməlidir. Lakin Bayden administrasiyası bu sövdələşmənin arxasındadır və bununla bağlı Konqreslə əlaqəli işləyir".

Səfir Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesinə toxunub:  "Türkiyə hökumət rəsmilərinin nəzərinə çatdırıram, Amerika Dəməşqlə əlaqəyə və onunla münasibətləri normallaşdırmağa qarşıdır. Türkiyə İŞİD-lə mübarizədə mühüm tərəfdaşdır. Bizim fərqli fikirlərimiz var və hər iki tərəf bu fərqlilikləri bir-birinə göstərir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!