“ABŞ Balidə Çinlə qurduğu müsbət əlaqələri qırdı”.
Yenisabah.az “Xinhua”ya istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Qin Qan ABŞ-ın Çindəki səfiri Nikolas Börnslə görüşündə bildirib.
Diplomat ikitərəfli münasibətlərin sabitləşməsinin prioritet olduğunu vurğulayıb. pizza sifarişi
“Keçən noyabrda Çin lideri Si Zinpin və ABŞ prezidenti Co Bayden Balidə uğurlu danışıqlar aparıb və mühüm konsensuslar əldə ediblər. Lakin o vaxtdan bəri Amerika tərəfinin bir sıra yanlış hərəkətləri və bəyanatları ikitərəfli münasibətlərdə çətinliklə qazanılan müsbət dinamikanı pozdu və ölkələr arasında münasibətlər yenidən soyumağa başladı”, – deyə Qin Qan vurğulayıb.
Eyni zamanda, diplomat ikitərəfli münasibətlərin sabitləşdirilməsinin prioritet olduğunu vurğulayıb.
O qeyd edib ki, Çin Si Zinpinin təklif etdiyi kimi ABŞ-la münasibətlərdə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə qətiyyətlə əməl edəcək.
Telegram kanalımız