ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi
02 Mart 2021 19:41
394

ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartdan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

“Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, - deyə hökumət rəsmisi bildirib.

Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər