ABŞ-nin Northrop şirkəti tərəfindən hazırlanmış Tacit Blue eksperimental “görünməz” təyyarəsi dövrünün ən məxfi aviasiya layihələrindən biri olub. Təyyarə ilk uçuşunu 5 fevral 1982-ci ildə məşhur “Zona 51” bazasında həyata keçirib və layihə 14 il ərzində ictimaiyyətdən gizli saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, Tacit Blue Soyuq müharibə dövründə sovet tank və zirehli texnikasını uzaq məsafədən aşkarlamaq məqsədilə hazırlanıb. Təyyarənin əsas üstünlüyü güclü yerüstü müşahidə radarını aşağı radar görünürlüğü ilə birləşdirməsi idi.
Qeyri-adi formasına görə təyyarəyə “Balina” ləqəbi verilib. Onun konstruksiyasında daha sonra B-2 kimi “stealth” təyyarələrdə istifadə edilən hamar və əyri səth texnologiyalarından yararlanılıb. Dördpendirli pizza
Tacit Blue iki Garrett turbofan mühərriki ilə təchiz olunub, uzunluğu təxminən 17 metr, qanadlarının açıqlığı isə 15 metr təşkil edib. Qeyri-standart aerodinamik quruluşa görə təyyarənin idarə olunması çətin olub və bunun üçün rəqəmsal uçuş idarəetmə sistemindən istifadə edilib.
Layihə yalnız 1996-cı ildə məxfilikdən çıxarılıb. Tacit Blue-dan cəmi bir ədəd istehsal edilib./APA
Telegram kanalımız