ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi - FOTO

Dünya

07 Sentyabr 2026 22:21 112


ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanada, Meksika, habelə Qrenlandiyanın Amerika bayrağının rənglərinə boyandığı xəritə dərc edib.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu təsvirə hər hansı şərh əlavə etməyib.

Xəritədə həmçinin Mərkəzi Amerika, Karib hövzəsi regionunun bəzi ölkələri və İslandiya da ABŞ bayrağının rənglərinə boyanıb. pizza sifarişi

Amerika lideri keçmişdə dəfələrlə, xüsusən Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması imkanları barədə mülahizələr yürüdüb.

Bununla yanaşı, Tramp sosial şəbəkədə ABŞ-nin Nyu-Meksiko ştatının adının dəyişdirilərək "Nyu-Ametika" kimi göstərildiyi bir neçə xəritə də paylaşıb. ABŞ Prezidenti bundan əvvəl belə bir ad dəyişikliyini dəstəklədiyini bəyan etmişdi./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!