ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi sentyabrın 2-də patrul uçuşu zamanı radarlardan itib.
"Yeni Sabah" xəbər verir ki, "RİA Novosti" bu barədə uçuş məlumatlarına istinadən məlumat yayıb.
Təyyarə Murmanskın şimalında, Barens dənizinin akvatoriyasında təxminən bir saat patrul uçuşu həyata keçirdikdən sonra radarlardan yoxa çıxıb. Marqarita pizza
Bakı vaxtı ilə saat 13:30-da ABŞ-yə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi Böyük Britaniyadakı Mildenhall aviabazasından havaya qalxaraq şimala istiqamət götürüb.
Norveç sahilləri boyunca uçan təyyarə Bakı vaxtı ilə saat 16:50-də Barens dənizinin akvatoriyasına daxil olub, bundan sonra isə istiqamətini qərbə dəyişib.
Bakı vaxtı ilə saat 17:40-da təyyarə Rusiya sərhədindən təxminən 400 km məsafədə radarlardan itib. Ehtimal olunur ki, təyyarənin radarlardan yoxa çıxması geolokasiya sistemlərinin qəsdən söndürülməsi ilə bağlıdır.
Uçuşların izlənməsi xidmətlərində təyyarənin marşrutunun son nöqtəsi barədə məlumat yoxdur./Oxu.az
Telegram kanalımız