ABŞ noyabr ayınadək İranla dava etməyəcək - Rubio

saytların hazırlanması

Evə çatdırılma

ABŞ noyabr ayınadək İranla dava etməyəcək - Rubio

Dünya

26 Avqust 2026 11:34 97


Dövlət katibi Marko Rubio bir neçə xarici vəzifədaşına Birləşmiş Şttların hazırda İrana qarşı yeni zərbələr endirməyi planlaşdırmadığını bildirib.

“Yeni Sabah” Axios-a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi və vəziyyətlə tanış olan ikinci mənbə danışıb.

Onun sözlərinə görə, bunun əvəzinə, diqqət bu həftə elan edilən sanksiyalar təşəbbüsü də daxil olmaqla, digər təzyiq vasitələrinə yönəlib. Dördpendirli pizza

ABŞ rəsmisi bildirib ki, Rubio ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmadığını açıq şəkildə bildirsə də, İranın ilk zərbəni endirdiyi halda, zərbələr endirilməsini istisna etməyib.

Hazırda İrana qarşı hərbi əməliyyatlardan yayınmaq üçün səylər göstərilir.

ABŞ-nin ikinci rəsmisi bildirib ki, bu siyasətin ən azı ara seçkilərdən sonraya qədər (seçkilər 3 noyabr 2026-cı il tarixinə planlaşdırılıb - red.) qüvvədə qalması gözlənilir, bundan sonra yeni hərbi kampaniya ehtimalı yenidən nəzərdən keçirilə bilər.

“Hazırda İranla danışıqlar aparmırıq. Onlara təzyiq göstəririk. Bu təzyiq iranlıları danışıqlar masasına qayıtmağa məcbur edə bilər", - ABŞ rəsmisi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!