ABŞ nümayəndə heyəti TRIPP-in icrası istiqamətində görülən işləri müzakirə etmək üçün Ermənistana gedib.
“Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyətini qəbul edib.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin, eləcə də Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndələri daxildir. Dördpendirli pizza
Tərəflər TRIPP-in həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edib və razılaşdırıblar.
Qriqoryan regionda bütün kommunikasiyaların açılmasının zəruriliyini, potensialını və perspektivlərini vurğulayıb.
Telegram kanalımız