ABŞ rəsmisi Rusiyaya görə Ankaraya gəlib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmisi Rusiyaya görə Ankaraya gəlib

Dünya

19 Oktyabr 2022 17:36 950


ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətləri üzrə nazir köməkçisi Elizabet Rozenberq Ankaraya səfər edib.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, məqsəd Rusiyaya qarşı sanksiyalara əməl etməsini Türkiyə hakimiyyəti ilə müzakirə etmək olub.

Adının açıqlanmasını istəməyən mənbələrə görə, ABŞ rəsmiləri türk tərəfdaşları ilə Rusiyaya qarşı sanksiyalara əməl olunması ilə bağlı danışıqlar aparıblar. "Bu, Qərbin Ankaraya Moskvaya qarşı daha sərt mövqe tutması üçün təzyiq göstərmək naminə növbəti addımı olub”. Sezar pizza

ABŞ nümayəndə heyəti Ankara və İstanbulda Türkiyə Mərkəzi Bankının rəhbəri və işgüzar qrupların nümayəndələri ilə də görüşlər keçirib.

Bundan əlavə, nümayəndə heyətinin Türkiyə Maliyyə Nazirliyinin digər nümayəndələri ilə də görüşü gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!