25 Sentyabr - 06:29
ABŞ Rusiya ilə Türkiyənin arasını vurmaq istəyir  - Mehmet Perinçek

ABŞ Rusiya ilə Türkiyənin arasını vurmaq istəyir - Mehmet Perinçek

Siyasət

29 İyul 2022 15:16 3110


“Tehran görüşündə üç lider ABŞ-ın Suriyadan və bölgədən getməsi məsələsində anlaşdılar və bunu açıq bir şəkildə də ifadə etdilər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Moskvada yaşayan türkiyəli politoloq, tarixçi Mehmet Perinçek deyib.

O, Tehran görüşündən sonra İraqda Türkiyəyə qarşı baş verən təxribatların pərdəarxasına toxunub:

M.Perinçekin sözlərinə görə,  İran, Türkiyə və Rusiyanın birgə formalaşdırdığı “Astana üçlüsü”nün əsas hədəflərindən biri həm Suriyanın ərazi bütövlüyünü təmin etmək, həm də bunu həyata keçirmək üçün ABŞ-ı bölgədən uzaqlaşdırmaqdır:

“Əlbəttə ki, bu, ABŞ-ın Yaxın Şərq siyasətinin sonu anlamına da gəlir. Çünki ABŞ öz məqsədlərini gerçəkləşdirmək üçün həm Suriyanı, həm İraqı, həm Türkiyəni, həm də İranı bölməyi, orada “Böyük Kürdistan” proyektini həyata keçirə bilmək üçün mütləq “Astana üçlüyü”nü dağıtmaq və onların arasına fitnə-fəsad soxmağı lazımdır. İraqdakı proseslər və baş verən təxribatlar ABŞ-ın “Astana üçlüsü” arasında mübahisə, fikir ayrılığı və qarşıdurma yaratmaq istəməyinin göstəricisidir.

Digər tərəfdən, ABŞ-ın regiondakı proyektlərinin həyata keçirilməsi ancaq və ancaq bu üçlü arasına nifaq toxumu əkərək ola bilər. Yoxsa ki, bu üçlü birlikdə hərəkət edəcəkləri təqdirə ABŞ heç bir planını gerçəkləşdirə bilməyəcək”.

Politoloq əmindir ki, bununla birlikdə, Türkiyənin Suriya torpaqları üzərində ABŞ-ın dəstəklədiyi PKK, PYD-yə qarşı sözügedən əməliyyatları keçirməsi mümkündür:

“ABŞ bundan çəkindiyinə görə, Türkiyəyə İraq üzərindən yeni bir cəbhə açmaq, Türkiyənin diqqətinin yayındırmaq və PKK/PYD-yə qarşı olan əməliyyatlarını əngəlləmək niyyətindədir. İraqda baş verən təxribatların digər bir səbəbinin də bu olması aydındır.

Əlbəttə ki, avqustun 5-də Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüşəcək. Burada da önəmli qərarlar qəbul ediləcək. Ona görə də bu görüş öncəsində Türkiyə-Rusiya arasında fikir ayrılığının yaradılması məqsədi göz önündədir”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!