"ABŞ seçkilər zamanı Türkiyədə qətliam təşkil etmək niyyətindədir".
Yenisabah.az "Aydınlık"a istinadla xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçek bildirib.
O deyib: “Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yarırəsmi orqanı olan “Foreign Policy” jurnalı “Bu seçkilər zamanı Türkiyədə qan çanağı olacaq” başlığı ilə çıxış etmişdi. Yəni ABŞ bu seçki üçün Türkiyədə qırğın təşkil etdiklərini dünyaya bəyan edib. Sonra Almaniyanın ən çox oxunan jurnallarından biri olan "Stern"də prezidentimiz Ərdoğanı “yanğın törətmə”də ittiham etdilər! Marqarita pizza
Juralın üzqabığında deyilirdi: “Türkiyədə yanğın olacaq və onu yandıran da Türkiyə Prezidentidir”. Ssenari göz qabağındadır, plan göz qabağındadır, sui-qəsd göz qabağındadır, kimin düyməni basdığı bəllidir!”.
Siyasətçinin fikrincə, bu baxımdan hadisələrin gedişatını aydın başa düşmək lazımdır: “Bütövlükdə xalq olaraq ABŞ-a yönəlmiş bu sui-qəsdlərə qarşı vahid mövqedən çıxış etməliyik”.
Telegram kanalımız