Birləşmiş Ştatlar İsveçdəki məsciddə Quranın yandırılmasını pisləyib, eyni zamanda mitinqə icazənin verilməsinin ifadə azadlığını dəstəklədiyini və aksiyanın özünün təsdiqlənməsi demək olmadığını qeyd edib.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib:
"Vaşinqton "bu aksiyanın İsveçdəki müsəlmanların və digər dini azlıqların öz dinlərini sərbəst şəkildə etiqad etmək imkanlarını məhdudlaşdıran qorxu mühiti yaratdığına inanır. Biz onu qınayırıq". pizza mizza
Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Skandinaviya ölkəsinin Qərb hərbi alyansına qoşulmağa hazır olması ilə bağlı mövqeyini təsdiqləyib: "İsveçin NATO-ya tam hüquqlu daxil olmasına keçməyin vaxtı çatıb".
Telegram kanalımız