ABŞ tarixində ilk: Trampa qarşı cinayət işi açılır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ tarixində ilk: Trampa qarşı cinayət işi açılır

Dünya

31 Mart 2023 09:31 723


Nyu-York məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittiham aktı çıxarıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə CNN telekanalı və "The New York Times" qəzeti məlumat yayıb. 

Eks-prezident aralarındakı əlaqəni gizlətməsi üçün pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəməkdə ittiham olunur. Məlumata görə, yaxın günlərdə ittiham aktı rəsmən açıqlanmalıdır.  pizza hut

Danielsə verilən pulun 2016-cı il prezident seçkiləri kampaniyasından əldə edilən vəsaitlə ödənilməsindən şübhə edilir. Nümayəndələr Palatasının spikeri Kevin Makkarti iddia edir ki, sabiq prezident bunun üçün şəxsi puldan istifadə edib. 

Qeyd edilib ki, ABŞ tarixində ilk dəfə indiki və ya sabiq prezidentə qarşı rəsmi cinayət ittihamı irəli sürülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!