ABŞ və NATO-ya daha güclü cavab verəcəyik - Rus spiker

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və NATO-ya daha güclü cavab verəcəyik - Rus spiker

Dünya

22 Yanvar 2023 10:46 728


Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qərbin Ukraynaya silah tədarükündən danışıb. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, spiker bu barədə "Telegram" kanalında yazıb. 

O, ABŞ və NATO-nun Rusiya Federasiyasına zərbələr endirmək üçün Ukraynaya silah tədarükünə cavabın daha güclü silahlardan istifadə edilməklə veriləcəyini bəyan edib.  Sezar pizza

"Kiyev rejiminə (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq. Əgər Vaşinqton və NATO ölkələri mülki obyektlərə və şəhərlərə zərbələr endirmək üçün istifadə olunacaq silahları Ukraynaya tədarük etsələr və təhdid etdikləri kimi ərazilərimizi ələ keçirməyə çalışsalar, bu, daha çox silahdan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq", – deyə Volodin qeyd edib./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!