Abşeron İcra Hakimiyyəti sosial şəbəkədə yayılan görüntülərə aydınlıq gətirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeron İcra Hakimiyyəti sosial şəbəkədə yayılan görüntülərə aydınlıq gətirdi - Fotolar

Xalqın səsi

28 Aprel 2020 18:55 1491


Abşeron Rayon İcra Hakimiyyəti bir neçə gün öncə sosial şəbəkələrdə Xırdalanda kirayə yaşayan qadının onlardan şikayət etməsi xəbərinə münasibət bildirib.

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumata görə, Xırdalan şəhərində kirayə evdə yaşayan Cavadova Mehriban Məhəmməd qızı aztəminatlı ailə olduğunu, Cəbrayıl rayonundan məcburi köçkün düşdüyünü və kirayədə yaşadığını vurğulayaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən diqqətin göstərilməməsindən şikayət edir. Kirayə yaşadığı ev şəraitinin ağırlığını qeyd edən şikayətçi 190 manat birdəfəlik ödəməni əldə edə bilməməsini deyib.

İcra Hakimiyyətindən bildirilib ki, sözügedən video-müsahibə çəkilməmişdən iki gün öncə həmin sakin, eyni zamanda sözügedən videoda çəkilən digər iki vətəndaş da İcra Hakimiyyəti tərəfindən gündəlik ərzaq yardımları ilə təmin edilib. Bunu sübut edən foto çəkilişlər də mövcuddur. Eyni zamanda rayon ərazisindəki sosial işlərdə işləməsi də təklif olunub. Dominos pizza

Qeyd olunub ki, Binəqədi rayonundakı Nəsrəddin Tusi adına 1 saylı yataqxanada məskunlaşan Cavadova Mehriban Məhəmməd 2012-ci ildə Abşeron sakini ilə ailə həyatı qurub. Buna görə də onun məcburi köçkün statusu avtomatik olaraq ləğv edilib. 190 manat birdəfəlik ödəməni əldə edə bilməməsinin səbəbi isə həyat yoldaşının taksi fəaliyyəti ilə məşğul olması və buna görə də adına VEÖN-nin mövcudluğudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!