Məzarlığa gedən keçmiş məhkum görün nə etdi? -   Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Məzarlığa gedən keçmiş məhkum görün nə etdi? - Polis hərəkətə keçdi

Kriminal

09 Sentyabr 2026 17:08 91


Abşeron rayonunda qəbiristanlıqların birində soyğunçuluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə yaxın qohumunun məzarını ziyarət edən şəxsin çantasının talanması ilə bağlı qeydə alınıb.

Zərərçəkmiş polisə müraciət edərək bildirib ki, qəbiristanlıqda olduğu zaman naməlum şəxs içərisində pul vəsaiti olan çantasını götürərək hadisə yerindən uzaqlaşıb. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!