Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Açılmış qapını bir də yumruqla vurub açmaq Ərdoğanın nəyinə lazımdır?
20 Sen 2021 20:25
1433

Açılmış qapını bir də yumruqla vurub açmaq Ərdoğanın nəyinə lazımdır?

"Ərdoğanın nəyinə lazımdır, demək olar açılmış qapını bir də yumruqla vurub açsın. Ərdoğan təcrübəli dövlət xadimi kimi fikrimcə, belə bir şərt irəli sürməz”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Ermənistan baş nazirinin Türkiyə Prezidentilə görüşmək istəməsi və bu müstəvidə Ərdoğanın Zəngəzur dəhlizinin açılmasını şərt kimi irəli sürməsi məsələsinə toxunarkən deyib.

"Paşinyan parlamentdə çıxışında deyib ki, Türkiyə ilə danışıqlara başlamağa hazırdır. Lakin bu danışıqları əvvəl mütəxəssislər aparmalı, onlar müəyyən razılığa gələndən sonra da daha yüksək səviyyəyə keçməlidir. Nəhayət ən yüksək səviyyədə sonuclanmalıdır. 

Digər tərəfdən, düşünmürəm ki, Ərdoğan Zəngəzur dəhlizini iki ölkə arasında ümumi normallaşmanın şərti kimi irəli sürsün. Ərdoğan gözəl bilir ki, yolların açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərin müavinlərinin birgə üçtərəfli kommisiyasında müzakirə olunur. Bu istiqamətdə müəyyən razılıqlar da var və yaxınlarda məsələ açıqlanacaq”. 

Ekspertin fikrincə, Ərdoğan sadəcə gözləyəcək ki, Türkiyə və Ermənistan mütəxəssisləri, ekspertləri səviyyəsində hansısa məsələlər razılaşdırılsın: 

"Belədə ümumi ortaq məxrəcə gəldikdən sonra iki ölkənin xarici işlər nazirləri görüşə bilər. Ən sonda isə Prezidentlə baş nazir görüşüb hansısa bir sənədə imza ata bilərlər. Onu da qeyd edim ki, Türkiyə Ermənistan münasibətlərinin tənzimlənməsi Azərbaycana böyük siyasi və maddi xeyir gətirəcək”. 

Bir sözlə, Z. Əlizadə yaxın dövrdə Ankara ilə İrəvan arasında münasibətlərdə müsbətə doğru addım atılacağına tam əmindir: 

"Çünki münaqişə, Qarabağın işğalda olması, düşmən münasibətlərin mövcudluğu anormallıq idi. 44 günlük müharibə ilə bu xəstəlik xeyli dərəcədə müalicə olundu. İndi də gözləmək olar ki, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərində normallaşma üstünlük təşkil etsin”./Qaynarinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər