Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Acından ölmüş səkkiz yetim uşağın meyiti tapıldı
25 Okt 2021 07:15
947

Acından ölmüş səkkiz yetim uşağın meyiti tapıldı

Kabildə acından ölən 8 uşağın meyiti tapılıb. 

Bu barədə mətbuata etnik Hazaranın siyasi lideri və Əfqanıstan parlamentinin keçmiş üzvü Məhəmməd Mohaqiq məlumat verib.

Oktyabrın 24-də “Facebook” səhifəsində açıqlama yayan Məhəmməd Mohaqiq bildirib ki, uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.

O bildirib ki, onları yerli molla və tapdıqları məhəllə sakinləri dəfn ediblər.

Məhəmməd Əli Bamiani adlı yerli molla, uşaqlarının ölümüylə bağlı təfərrüatlar verərək, ən böyük uşağın təxminən səkkiz, ən kiçiyinin isə yaş yarımda körpə olduğunu deyib. "Onların heç kimləri yox idi. Onların valideynləri ölüb, yaxın qohumları olmayıb” deyə Bamiani bildirib. O, uşaqların cəsədlərinin tapıldığı evə girdiyini söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər