“Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum”.
Yenisabah.az xəbər verir ki, bu sözləri son zamanlar açıq-saçıq geyimləri və bikinili pozları ilə gündəmdə olan "Avroviziya" təmsilçimiz Dilarə Kazımova deyib.
ARB telekanalında yayımlanan “Xəbər-ətər” proqramının qonağı olan sənətçi bu tip şəkilləri qəsdən sosial şəbəkələrdə paylaşdığını bildirib: Toyuqlu pizza
“Bəzi şəkillər var, mən bilirəm ki, bomba kimi partlayacaq və mən onları sosial şəbəkədə paylaşıram. Bilirəm ki, reaksiya verən çox olacaq. Çox vaxt deyirlər ki, niyə açıq-saçıq geyinirsən, sənin ki, gözəl səsin var. Amma açıq-saçıq geyinib paylaşımlar etdikdən sonra daha da məşhur oldum. Bu məndən asılı deyil. Bu bir obrazdır. Şəkilləri biz məqsədəuyğun çəkirik, ya klipə ya mahnıya uyğunlaşdırıb fotosessiya edirik. Test edirik, görürük adi bir dekolte olan şəkil daha çox baxış alıb. Qapalı şəkillərə isə nə baxan olur, nə də “like” qoyan. Bunu mən yaratmamışam, bu sistem belədir”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız