Məşhur televiziya aparıcısı və prodüser Acun Ilıcalı ailəsində baş verən ağır itki ilə gündəmə gəlib. O, sosial şəbəkədə etdiyi paylaşımda bibisi Hülya xanımın vəfat etdiyini açıqlayıb və duyğusal sözlərlə ona vida edib.
"Yeni Sabah" xəbər verir ki, xəbəri sosial şəbəkə hesabında bibisi ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq açıqlayan Ilıcalı onun həyatındakı ən pozitiv insan olduğunu bildirib.
"Əziz bibim, həyatımda gördüyüm ən pozitiv insanı itirdik. Həmişə gülərüzlü, xoşniyyətli və mehriban idin. Məkanın cənnət olsun. Yerin heç vaxt dolmayacaq. Sən nümunəvi ana, nümunəvi bibi oldun. Həmişə qəlbimdə yaşayacaqsan. Allah rəhmət eləsin", – deyə o paylaşımında yazıb. Dominos pizza
Qısa müddətdə paylaşıma minlərlə bəyənmə və başsağlığı mesajı gəlib. Televiziya və idman ictimaiyyətinin tanınmış simaları da Acun Ilıcalıya başsağlığı veriblər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız