Acun Ilıcalının evindəki mənzərə həyat yoldaşını özündən çıxardı – 1200 ədəd...

saytların hazırlanması

Evə çatdırılma

Acun Ilıcalının evindəki mənzərə həyat yoldaşını özündən çıxardı – 1200 ədəd...

Şou

10 Oktyabr 2026 02:02 110


Acun Ilıcalının evindəki qara köynəklərin sayı həyat yoldaşını belə təəccübləndirib.

“Yeni Sabah” xəbər verir ki, tanınmış türkiyəli teleaparıcı Acun Ilıcalı Berfu Yenenlerin YouTube proqramında qonaq olarkən qarderobundakı qara köynəklərin sayını açıqlayıb. Uzun illərdir yalnız qara köynəklərə üstünlük verən Ilıcalının bu geyimləri artıq onunla eyniləşib. Məlum olub ki, onun evində ümumilikdə 1200 qara köynək var.

Acun bildirib ki, ilk baxışdan bir-birinə bənzəyən köynəklərin hər biri fərqli məqsədlər üçün nəzərdə tutulub. O, köynəklərini üç ayrı şirkətə xüsusi olaraq tikdirdiyini deyib. Marqarita pizza

Teleaparıcı həyat yoldaşı Çağla Altunkayanın bu vəziyyətə necə reaksiya verdiyini də danışıb. Onun sözlərinə görə, həyat yoldaşı bir gün bütün qara köynəkləri dolablardan çıxararaq qonaq otağına yığıb. Evə gələndə otağın başdan-başa qara köynəklərlə dolu olduğunu görən Acun təəccüblənib.

O, həyat yoldaşına köynəklərin hamısının eyni olmadığını izah etməli olub. Ilıcalı bildirib ki, futbol oynayarkən, qışda, yatarkən, ofisdə və gündəlik həyatda geyindiyi köynəklər fərqlidir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!