Adil Kərimli: “Ötən il bu sahədən 265 milyon dollar qazanmışıq”  

saytların hazırlanması

Evə çatdırılma

Adil Kərimli: “Ötən il bu sahədən 265 milyon dollar qazanmışıq”  

Mədəniyyət

15 May 2026 17:11 81


“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Mədəni və Yaradıcı Sənayelərin (MYS) inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Biz Dövlət Proqramının hazırlanması istiqamətində biznes subyektləri ilə görüşlər keçiririk. Ölkədə MYS sahəsində sahibkarlıq subyektlərinin sayı sabit artım nümayiş etdirib və hazırda 25 minə yaxın belə subyekt var.

“Yeni Sabah” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, sektorun ölkə iqtisadiyyatındakı çəkisi də artmaqdadır. 2025-ci ildə MYS sahəsinin ÜDM-də payı 1 faizə çatıb. Bu sahədə xidmət ixracı da çoxalıb. Marqarita pizza

“2025-ci ildə 265 milyon 487 min ABŞ dolları məbləğində MYS xidmət ixracı olub, bu da 2024-cü illə müqayisədə 23,3 faiz çoxdur. Bütün bunlar həm də yeni iş yerləri və yaradıcı məşğulluğun artması deməkdir.

Bu gün yeni mədəniyyət modelində mədəniyyətin funksionallığının artırılmasına xidmət edən ən vacib, əsas alət məhz mədəni və yaradıcı sənayelərdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin ən görünən uğurlarından biri Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin təşkil edilməsi idi. Həmin mərkəz 2024-cü ilin dekabr ayında fəaliyyətə başladı.

Mərkəzin fəaliyyəti çərçivəsində 9 inkubasiya proqramı həyata keçirilib, 52 startap yaradılıb. Bu startaplardan 5-i KOBİA-dan “Startap şəhadətnaməsi”, 2-si isə qrant əldə edib. Müxtəlif proqramlar çərçivəsində 100-dən çox rezident tədris proqramlarından yararlanıb. Sertifikat təlimlərində isə 700-dən çox gənc iştirak edib”, - nazir söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!