AFFA iki tanınmış məşqçini cəzalandırdı 

AFFA iki tanınmış məşqçini cəzalandırdı 

İdman Veb saytların hazırlanması

19 Sentyabr 2023 14:55 295


AFFA "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib. Bu gün açıqlanan qərarda qeyd edilir ki, Samir Abasov "Zirə"yə qarşı Misli Premyer Liqasının 6-cı turunun matçında hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sumqayıt” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. 

Həmin turun “Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi (Əliyar Ağayevi - red.) təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Qəbələ” klubu 4000 manat cərimə edilib. 

Sınaq müddəti 3 ay təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!