Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi

Siyasət

25 May 2026 10:16 65


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.  Dominos pizza

Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!