Azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusunda oynamaması üçün müzakirələr davam edir.
Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib:
“Dövlətlər arasında müvafiq sazişlər imzalanır. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilirik. Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir. Söhbət təkcə futbolçudan getmir. Əmək müqaviləsi statusu və digər məsuliyyətlər də var. Yəni hüquqi baza da dəyişməlidir. Biz futbolçumuzun Türkiyədə, onların oyunçusunun isə bizdə yerli statusda oynamasına sevinərik”. Dominos pizza
Telegram kanalımız