AFFA “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılmasını təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılmasını təsdiqlədi

İdman

03 İyun 2026 14:49 81


AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.

UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib. pizza

Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!