AFFA “Turan Tovuz”a dair daha bir açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Turan Tovuz”a dair daha bir açıqlama yaydı

İdman

03 İyun 2026 17:37 69


AFFA UEFA-nın "Turan Tovuz"u Konfrans Liqasında iştirak hüququndan məhrum etməsi ilə balı qərarına aid daha bir açıqlama yayıb.

"Yeni Sabah" xəbər verir ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirilib:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var. Pepperoni pizza

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə Azərbaycanı təmsil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!