Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ağ Ev ABŞ və Rusiya prezidentləri arasındakı görüşlə bağlı məlumat yaydı
07 Dek 2021 23:19
604

Ağ Ev ABŞ və Rusiya prezidentləri arasındakı görüşlə bağlı məlumat yaydı

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan videokonfransla bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.

"Prezident Cozef R. Bayden bu gün Rusiya prezidenti Vladimir Putinlə ABŞ-Rusiya gündəliyindəki bir sıra məsələləri müzakirə etmək üçün təhlükəsiz videokonfrans keçirib. Prezident Bayden ABŞ-ın və avropalı müttəfiqlərimizin Rusiyanın Ukrayna sərhədlərində qüvvələri artırmasından dərin narahatlığını ifadə edib və açıq şəkildə bildirib ki, ABŞ və müttəfiqlərimiz hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək. Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb. İki prezident öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. ABŞ bu istiqamətdə addımlarını müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya edəcək. Prezidentlər həmçinin Strateji Sabitliklə bağlı ABŞ-Rusiya dialoqunu, eləcə də regional məsələlərdə əməkdaşlığı müzakirə ediblər", deyə Ağ Evin yaydığı məlumatda bildirilib./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər